Xaçmazda ev yandı 1 nəfər xəsarət aldı

21.02.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xaçmazda yanğın baş verib.

Bu barədə "Unikal"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Mollabürhanlı kəndində ümumi sahəsi 14 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью