Xaçmazda ev yanıb

19.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaçmaz, 19 iyun, AZƏRTAC

İyulun 19-u səhər saatlarında Xaçmaz şəhərində yanğın hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Qələbə küçəsində fərdi yaşayış evində baş verən yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 2 otaqlı ev və yardımçı tikili yanıb. Yanğın qonşu evin dam örtüyünə də ziyan vurub.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Elxan Yusifli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью