Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
90 yaşlı qadının meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən AYNA.AZ-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın yerinin müayinəsi zamanı ev sahibi, 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.