Xaçmazda FACİƏLİ QƏZA: sürücü sükan arxasında öldü

31.07.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaçmaz rayonunda sürücünü sükan arxasında infarkt vurması nəticəsində qəza baş verib.

Lent.az xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun 1-ci kilometrində qeydə alınıb.

Məlumata görə, Rövkət Yunusov idarə etdiyi “QAZ 3302” markalı yük avtomobil ilə hərəkətdə olarkən infarkt keçirərək sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью