Xaçmazda faciəvi hadisə: azyaşlı ÖLDÜ

21.11.2024

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəndob-Yalama yolunda, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, 3 minik və 1 yük avtomobili toqquşub. Nəticədə 2 yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью