Xaçmazda faciəvi qəza: azyaşlı öldü Hadisə yerindən GÖRÜNTÜLƏR

21.11.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəndob-Yalama avtomobil yolunun Xaçmazdan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Nərəcan kəndi ərazisində baş verən hadisə zamanı 2 minik, 1 yük avtomobili və Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən sərnişin avtobusu toqquşub.

Qəza nəticədə 2 yaşlı uşaq ölüb, 3 nəfər yaralanıb. Sərnişin avtobusunda olanlar xəsarət almayıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью