Xaçmazda gənc oğlan dəm qazından boğularaq ölüb

01.06.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.

"Ölkə.az" xəbər verir ki, hadisə Sara Xatun küçəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.

İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb.

A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью