Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xaçmaz rayonunda Xudat-Yalama-Xanoba marşrutu üzrə sərnişindaşıma ilə məşğul olan sürücünün görmə məhdudiyyətli olması və qanunsuz sərnişin daşıması iddia olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a rayon sakinləri məlumat veriblər.
Onlar bildirilir ki, Musa adlı həmin sürücü görmə məhdudiyyətli olsa da, sərnişin daşımaqla məşğuldur: "Sərnişinlər bu marşrutdan öz həyatları bahasına istifadə edirlər. Bəzən sərnişinləri, bəzən də müxtəlif şirkətlərin əməkdaşlarını daşıyan sürücü Musa avtomobili idarə edərkən çətinliklər yaşayır. Bu isə haqlı olaraq sərnişinlər arasında ciddi narazılıq doğurur.
Sürücü nə tibbi yoxlanışdan keçirilir, nə də onun barəsində tədbir görülmür. Xudat avtovağzalının rəhbərliyi uzun müddətdir ki, bu vəziyyətə göz yumur".
Sakinlər bildirirlər ki, həmin şəxs hər gün Xudat şəhərindən Xanobaya sərnişin daşımağa davam edir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) müraciət etməyimiz tövsiyə olunub.
Məsələ ilə bağlı BDYPİ-dən bildirilib ki, araşdırma zamanı sürücünün "Yol hərəkəti haqqında" Qanunun müvafiq maddəsinin tələblərini pozduğu müəyyən edilib və barəsində inzibati protokol tərtib olunub.
Oxunub 60