Xaçmazda güclü yanğın başlayıb

31.03.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaçmazda güclü yanğın başlayıb 

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun müxtəlif ərazilərində yanğın başlayıb. Belə ki, Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə yanğın baş verib. Ərazilərə FHN-nin Xaçmaz, Quba və Şabran rayonlarının yanğınsöndürən briqadaları cəlb olunub. Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlərə başlanılıb. Güclü külək yanğının söndürülməsinə çətinlik yaradır.

Asiman Qaraca


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью