Xaçmazda iki maşın toqquşdu: yaralılar var

07.01.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Nərəcan kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı VAZ 2109 və “Audi” markalı minik avtomobilləri toqquşub. Hadisədə VAZ 2109-da olan sürücü və sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью