Xaçmazda iki nəfər tutulub

10.01.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Reyting.az-a bildirilib ki, rayon sakinləri Vüsal Hüseynov və Sabir Siracov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə dörd kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью