Xaçmazda işıq KƏSİLDİ SƏBƏB

02.10.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaçmaz rayonunda qeyri-sabit hava şəraiti səbəbindən işıqların sönməsi və ya tez-tez yanıb sönməsi artıq neçə müddətdir ənənə şəklini alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saat 8.30 radələrindən elektrik enerjisinin verilişində problem yaşanıb.
Rayonun 10-dan artıq kəndində işıq bir neçə saatdır yoxdur. Güclü külək və yağış səbəbindən elektrik şəbəkəsində xətt qırılıb, dayaq aşıb.
Hazırda “Azərişıq” ASC-nin Xaçmaz və Xudat şəbəkələrinin qəza briqadaları ərazilərdə iş aparır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью