Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb

15.07.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaçmaz, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

"KamAZ" markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində mişar daşından hörülmüş divara çırpılıb. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü, 28 yaşlı Hüseyn Əzim-Sima ağır xəsarətlər alıb. Yaralı Xaçmaz rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью