Xaçmazda küçə və yolları yenidən qurulur FOTO

13.11.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Xaçmazda şəhərdaxili yolların abadlaşdırılması və asfaltlanması işləri həyata keçirilir.

Avtosfer.az xəbər verir ki, ilin sonuna kimi ümumilikdə 25 küçəyə asfalt döşənəcək.

Hazırda şəhərin Atatürk, Rəsulzadə, Mehmandarov, Əliağa Şıxlinski, Molla Pənah Vaqif, Nurağa Tağıyev və Mehman Məmmədov küçələri yenidən qurulur.

Son 5 ildə Xaçmaz şəhərinin 105 küçəsində asfaltlanma işləri görülüb. Şəhərdə bütün yolların mərhələli şəkildə yenidən qurularaq abadlaşdırılması nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью