Xaçmazda maşın aşdı 1 ölü, 4 yaralı Foto

16.11.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xudat-Yalama avtomobil yolunun rayonun Ləcət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Ləcət kənd sakini Muradxanov Asim Rüfət oğlu hadisə yerində ölüb. Avtomobildə olan digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, Asim Muradxanov Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью