Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xaçmazda məktəbli qız müəmmalı şəkildə vəfat edib.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 15 yaşlı A.B.-nin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib.
Onun qəfil ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, mərhum Xaçmaz Rayon Ləcət kənd tam orta məktəbinin 9-cu sinif şagirdi olub.