Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Ölkənin məşhur mağaza şəbəkələrindən olan "Qayalı”nın Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən filialında gecə saatlarında yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 400 kv.m olan mağazada 6 ədəd vitrin soyuducusu və ümumi sahəsi 6 kv.m. olan plastik materialdan hazırlanan çöl divarı yanıb.
Yanğının nədən qaynaqlandığı açıqlanmır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu