Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xaçmaz, 21 yanvar, AZƏRTAC Yanvarın 21-i səhər saatlarında Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində “VAZ 2106” markalı avtomobillə “Shagman” markalı yük maşını toqquşub.
Qəza nəticəsində minik maşınının sürücüsü, Xaçmaz rayonunun Çiləgir kənd sakini Samir Qədirov ağır xəsarətlər alıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.