Xaçmazda müəllim dəm qazından boğularaq ölüb

09.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyiti yaşadığı evdə aşkarlanıb.

Onun dəm qazından boğularaq öldüyü bildirilir.

M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью