Xaçmazda müxtəlif evlərdən oğurluq edən şəxs saxlanılıb

07.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumatlar əsasında rayon sakini Samir Əhmədovu saxlayıblar.

Oxu.Az-ın məlumatına görə, araşdırmalarla onun tanımadığı şəxslərə məxsus evlərdən televizor, telefon, 6 ədəd samovar və digər məişət əşyaları oğurlaması müəyyən olunub.

Faktlarla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью