Xaçmazda narkokuryerdən silah aşkarlanıb

17.06.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan  37 yaşlı Nail Ağabalayev saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, həmin şəxsdən 1 kiloqram heroin, 1 kiloqram  marixuana, 1 ədəd “Makarov” markalı silah və patronlar aşkarlanıb. 

Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Xaçmaz rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью