Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlanılıb VİDEO FOTO

10.01.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayon sakinləri Vüsal Hüseynov və Sabir Siracov saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 4 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью