Xaçmazda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib

18.11.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi tərəfindən “Azərenerji” ASC-nin “Xaçmaz Elektrik Stansiyası” MMC-də “Fövqəladə hadisələrın nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəolunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi təşkil olunub.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Xaçmaz Elektrik Stansiyası ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью