Xaçmazda Opel ilə Kia toqquşdu Xəsarət alanlar var

14.01.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaçmazda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qəza olub. Belə ki, "Opel" markalı nəqliyyat vasitəsi "Kia" markalı minik avtomobili ilə toqquşub. Nəticədə Samir Balakişiyev, İradə Bayramova və Sərxan Barataşvili müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью