Xaçmazda ot bağlamaları yandı FOTOLAR

13.07.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaçmaz rayonunun Çarxı kəndində ot bağlamalarında yanğın baş verib. 

"Unikal"ın Şimal bürosu xəbər verir ki, fərdi yaşayış evinin həyətində ot bağlamaları yanıb. Daha sonra yanğın həyətdə olan yardımçı binaya da keçib. Nəticədə ev quşları və yeni biçilmiş  taxıl məhsulu yanıb. 

Hadisə ilə əlaqədar Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğının qonşu evlərə keçməsinin qarşısı alınıb.

Asiman Qaraca


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью