Xaçmazda polis Təmiz hava aylığı ilə bağlı tədbir keçirib

21.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaçmazda polis "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Quba Regional Qrupu məlumat yayıb.

Bildirilib ki, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb.

Belə ki, saxlanılan 135 nəqliyyat vasitəsindən 20-sinin sürücüsü barədə protokol tərtib olunub.

Sürücülərin diqqətinə nasaz nəqliyyat vasitələrinin idarə edilməsinin təhlükəli olduğu çatdırılıb.

YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdırlar.

Xaçmazda polis "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью