Xaçmazda qanunsuz ağac kəsintisi faktı aşkar edilib

23.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonu Qarabağlı kəndi ərazisində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə ağacların qanunsuz olaraq Qarabağlı kənd sakini Qafar Ağayevə məxsus pay torpağının kənarında kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью