Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xaçmazda qatar ilə avtomobil toqquşub.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, rayonun Nərəcan kəndində dəmir yolu keçidində "VAZ"markalı avtomobili hərəkətdə olan qatar vurub.
Avtomobilin sürücüsü Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca