Xaçmazda qətl: Qadın öldürüldü, molla təslim oldu

07.04.2025

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaçmazda dəhşətli qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, rayonun Xaspoladoba kənd sakini, rayonda molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq qətlə yetirdiyi bildirilir.

Məlumata görə, 45 yaşlı qadını öldürdükdən sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.

İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью