Xaçmazda qəza ölən və yaralanan var

16.02.2025

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xudat-Qusar yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hərəkətdə olan 26 yaşlı Murad Məlikməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sərnişin Gülnar Hüseynova müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью