Xaçmazda QƏZA: Piyada öldü, sərnişinlər xəsarət aldı

09.11.2024

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Xaçmazda avtomobil piyadanı vurub, ölən və yaralananlar var.

Lent.az xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib.

"Opel" markalı minik avtomobili Xaçmaz rayonunun Üçkün kənd sakini Elçin Hafizovu vurub.

Piyada hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - 1989-cu il təvəllüdlü Musa İbrahimov və 2006-cı il təvəllüdlü Səbuhi Həsənov müxtəlif dərəcəli xəsarətləri alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью