Xaçmazda qəzada xəsarət alanların adları açıqlandı

04.05.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Xaçmazda baş verən qəzada 4 nəfər xəsarət alıb.

Milli.Az-ın məlumatına görə, hadisə zamanı xəsarət alan Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəlludü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.H, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью