Xaçmazda qəzada yaralanaların vəziyyəti barədə məlumat açqlanıb YENİLƏNİB VİDEO

18.04.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Xaçmaz, 18 aprel, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda qəzada yaralannaların vəziyyəti barədə məlumat açqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, aprelin 18-də saat 09:30 radələrində Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 7 nəfər (kişi cinsli) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.

Hazırda xəsarət alan şəxslərə zəruri tibbi yardım və instrumental müayinələr icra edilir və onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan bir nəfərin vəziyyəti ağır digər 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

10:03

Aprelin 18-i səhər saatlarında Xaçmazda zəncirvari qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində BMW, "Mercedes" və "Opel" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью