Xaçmazda şaftalı bağlarının sahəsi 4 min hektarı ötüb

18.08.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaçmaz rayonunda yetişdirilən şaftalı yüksək keyfiyyəti və dadı ilə seçilir. Yerli bazarda böyük tələbat görən məhsulun bir hissəsi ölkənin müxtəlif bölgələrinə göndərilir, əsas hissəsi isə ixrac olunaraq Rusiya Federasiyasının ayrı-ayrı şəhərlərində satışa çıxarılır.

SİA-nın əldə etdiyi məlumata görə, hazırda rayon üzrə şaftalı bağlarının ümumi sahəsi 4 min 114,8 hektar təşkil edir. Bunun 2 min 251,1 hektarı intensiv, 1 min 863,7 hektarı isə ənənəvi üsulla salınmış bağlardır.

Son illərdə rayonda müasir bağçılığın inkişafına maraq daha da artıb. Belə ki, 2025–2026-cı illərdə Xaçmazda ümumilikdə 1 min 93 hektar sahədə yeni şaftalı bağları salınıb. Həmin bağların 966,3 hektarı intensiv, 126,7 hektarı isə ənənəvi üsulla yaradılıb.

Bu dövrdə rayon ərazisində salınan müxtəlif növ yeni bağların ümumi sahəsi isə 2 min 53 hektar olub. Onların 1 min 908,5 hektarını intensiv, 9,5 hektarını superintensiv, 135 hektarını isə ənənəvi bağlar təşkil edir.

Tətbiq olunan müasir becərmə üsulları məhsuldarlığın artmasına da imkan yaradır. Ənənəvi şaftalı bağlarında hər hektardan orta hesabla 20–25 ton məhsul götürüldüyü halda, intensiv bağlarda bu göstərici 30–35 tona, superintensiv bağlarda isə 40–45 tona çatır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri Qusarçay kəndində yerləşən şaftalı bağlarına baxış keçiriblər.

Elnur Rzayev təsərrüfatçılarla görüşərək onların fəaliyyəti, məhsul istehsalı, yığımın gedişi və satış imkanları ilə maraqlanıb. Söhbət zamanı aqrar sahənin inkişafı, müasir təsərrüfatların yaradılması və fermerlərə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat verilib.

Təsərrüfat sahibləri fermerlər üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

Bakının 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb

Sosial

Media nümayəndələrimiz Daşkənddə məşhur Çorsu bazarında olublar

Sosial

5 gün əvvəl yol qəzasında xəsarət alan yeniyetmə xəstəxanada ölüb

Sosial

Kamran Əliyev Qubada vətəndaşları qəbul edib

Sosial

Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Sosial

İnsanın özünə qapanmasının əsas səbəbləri nələrdir? - PSİXOLOQ AÇIQLADI

Sosial

Bina evlərində kombilər tamamilə ləğv edilə və onların istifadəsinə məhdudiyyət qoyula bilərmi? - EKSPERT AÇIQLADI

Sosial

Cinsi kimliyin dərk edilməsi cinsi oyanma ilə başlayır

Sosial

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Sosial

Sahibsiz itlər problemi: Heyvan sevgisi ilə ictimai təhlükəsizlik arasında balans necə qorunmalıdır? - ARAŞDIRMA

Sosial

Qaz kəsiləndə istehlakçının hüquqları nələrdir? - AÇIQLANDI

Sosial

DSMF 7 ayda müavinət və təqaüdlərə 1,3 milyard manatdan çox vəsait ayırıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью