Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xaçmaz şəhərinin mərkəzi küçələrində gəzib-dolaşan sahibsiz küçə itləri sakinlərin kabusuna çevriliblər.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Report"a danışan sakinlər bildiriblər ki, müxtəlif xəstəliklərə yoluxmuş sahibsiz itlərə təkcə küçə və prospektlərdə deyil, həm də şəhərin mərkəzindəki parklarda rast gəlmək olar.
Onların sözlərinə görə, bu sırada Xaçmazın mərkəzində yerləşən "Fəvvarələr" parkı da istisna deyil.
Bir vaxtlar insanların ailəvi gəzinti yeri olan, uşaqların gülüş sədalarına bürünən həmin park təhlükəsiz, eləcə də istirahət üçün əlverişli məkan sayılırdı.
Ancaq xüsusilə, son vaxtlar o park ərazidən keçənlər üçün heç də təhlükəsiz marşrut sayılmır.
Çünki insanların küçə itlərinin hücumuna məruz qalmaq riski yüksəkdir.
"Report"un yerli bürosunun mövzuya aid sorğusunu cavablandıran Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Emin Ağayev bildirib ki, bu məsələnin həlli yerli icra hakimiyyəti orqanlarının imkanları çərçivəsində deyil: “Bu problemdən xəbərimiz var.