Xaçmazda satıcını aldatdığı iddia olunan qadın tapıldı KONKRET

28.07.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Xaçmazda gənc satıcının aldadılması iddiasına aydınlıq gətirilib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, mağazada alış-veriş edən qadın müəyyən edilərək tapılıb.

Bildirilib ki, tərəflər arasında barışıq əldə olunub. Qadın vəsaiti geri qaytarıb, bundan sonra satıcı şikayətini geri götürüb.

Xatırladaq ki, mağaza sahibi qadının satıcını çaşdıraraq həm məhsulu, həm təqdim etdiyi 100 manatı, həm də əlavə 96 manatı götürərək mağazanı tərk etdiyini iddia etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью