Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xaçmaz rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərin videosu sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 77-YL-258 dövlət nömrə nişanlı “Khazar” və “VAZ-21011” markalı avtomobillərin sürücüləri yolda təhlükəli manevrlər ediblər.
Kadrda görünür ki, “Khazar” sürücüsü toy kortecindəki avtomobillərin qarşısına - əks yola qəfil çıxaraq onların hərəkətinə mane olub. Bu zaman “şou” göstərən “VAZ” sürücüsü isə iki maşının arasından keçərək qəza şəraiti yaradıb.
Qeyd olunur ki, görüntülər araşdırılır və sürücülər barəsində yaxın zamanda qanunamüvafiq tədbir görüləcək.
Nərmin