Xaçmazda tarixi alban kilsəsi dağılır Video

24.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən alban kilsəsinin ətrafını ot və kol-kos basıb, kilsənin içərisində isə müxtəlif dağıntılar müşahidə olunur.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli Axar.az-a açıqlamasında bildirib ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 4300 inventar nömrəli kilsə yerli əhəmiyyətli memarlıq abidəsidir.

“Tarixi abidənin mövcud vəziyyətində mühafizə olunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional idarəsinin əməkdaşları tərəfindən nəzarət həyata keçirilir. Ötən il abidəyə məlumat lövhəsi yerləşdirilib.

Bu və digər abidələrdə onların görünüşünə, dayanıqlığına zərər vuran yaşıllıqların götürülməsi üçün aidiyyəti qurumlarla birgə tədbirlərin görülməsi nəzərdə tutulur.

Abidənin bərpa-konservasiya olunması məsələsinin isə növbəti illər üzrə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilməsi nəzərdən keçiriləcək”, - açıqlamada qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью