Xaçmazda Təmiz hava aylığı

21.05.2025

Icma.az bildirir, Ayna portalına istinadən.

Saxlanılan 135 nəqliyyat vasitəsindən 20-sinin sürücüsü barədə protokol tərtib olunub

Xaçmazda polis "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan AYNA.AZ-a bildirilib ki, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb.

Belə ki, saxlanılan 135 nəqliyyat vasitəsindən 20-sinin sürücüsü barədə protokol tərtib olunub.

Sürücülərin diqqətinə nasaz nəqliyyat vasitələrinin idarə edilməsinin təhlükəli olduğu çatdırılıb.

YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью