Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xaçmazda traktorçunu cərəyan vurmasının təfərrüatları məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, rayonun Köhnə Xudat kənd sakini, 49 yaşlı Zakir Mühəddin oğlu Rəcəbov idarə etdiyi "Belorus" markalı traktorla Xudat şəhərinin Üzeyir Hacıbəyov küçəsində işləyərkən qəfildən yüksəkgərginlikli elektrik xəttinə toxunub.
Nəticədə onu cərəyan vurub və o, yerindəcə keçinib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu