Xaçmazda yanğın olub, 2 nəfər təxliyə edilib

27.03.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

"Unikal" xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью