Xaçmazda yanğın: Ot tayası qəfil alışdı

13.07.2025

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Xaçmazın Çarxı kəndində güclü yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, kənd sakini Rüstəm Feyziyevə məxsus həyətyanı sahədə ot tayası qəfil alışıb.

Yanğın qısa zamanda genişlənib, tövləyə keçib. Nəticədə ev sahibinə məxsus ot bağlamaları, ev quşları və taxıl yanıb. pizza sifarişi

Yanğınsöndürən briqadanın səyi ilə yanğın məhdudlaşdırılıb, hazırda soyutma işləri görülür.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью