Xaçmazda yeni növ dayanacaq pavilyonları quraşdırılır

27.08.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilir. 

AYNA-dan "Cebheinfo.az"-a bildirilib ki, bu işlər Xaçmaz rayonunda da həyata keçirilir. Hazırda Xaçmaz şəhərinin Heydər Əliyev prospekti və Nəriman Nərimanov küçəsində 5, Xaçmaz-Xudat yolunda 1, Xudat şəhərinin Mirzə Fətəli Axundov və Osman Mirzəyev küçələrdə isə 3 pavilyon quraşdırılıb. Proses davam etdirilir. Ümumilikdə Xaçmaz rayonu üzrə 40 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulub.

Əfsanə 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью