Xaçmazda yeni tikilən binanın həyətinda yanğın oldu

19.07.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaçmazda yeni tikilən binanın həyətinda yanğın baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Xaçmazın Dəmir Yolu stansiyasının yanında yeni tikilən çoxmənzilli yaşayış binasının həyətində yanğın olub.

Yerli sakinlərin sözlərinə görə, zibil qutularının yandırılması nəticəsində alov güclənərək köməkçi tikiliyə keçib. 

Əraziyə Xaçmaz yanğınsöndürmə briqadaları cəlb olunub.

Asiman Qaraca


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью