Xaçmazda Yol Polisi bölməsinə yeni rəis təyin edildi

11.03.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

Lent.az-ın məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytnantı Elnur Quliyev həmin bölməyə rəisi təyin olunub.

Qeyd edək ki, E.Quliyev bu təyinatadək Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью