Xaçmazda yol qəzası olub, ölən və yaralananlar var

21.11.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Xaçmazda ağır qəza baş verib, ölən və yaralananlar var

"Report"un Şimal bürosunun məlumatına gorə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin yoluna atıb.

Nəticədə 1 nəfər azyaşlı ölüb, 3 nəfər isə yaralanıblar.

Yaralılar Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Fakyla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью