Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü

05.11.2024

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.

Bakupost.az -ın məlumatına görə, Xaçmaz şəhərinin mərkəzində, Bakı prospektindəki mərkəzi dairədə yolu keçmək istəyən kişini "KamAZ" markalı yük avtomobili vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью