Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü

05.11.2024

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.

Gununsesi.info -nun məlumatına görə, Xaçmaz şəhərinin mərkəzində, Bakı prospektindəki mərkəzi dairədə yolu keçmək istəyən kişini “KamAZ” markalı yük avtomobili vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью