Xaçmazda yük maşını piyadanı vuraraq öldürüb

05.11.2024

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.

News24.az xəbər verir ki, "report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhərinin mərkəzində, Bakı prospektindəki mərkəzi dairədə yolu keçmək istəyən kişini "KamAZ" markalı yük avtomobili vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью