Xaçmazda yük maşını piyadanı vurub öldürdü

05.11.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib. 

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhərinin Bakı prospektində, mərkəzi dairədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyadanı yük avtomobili vurub. 

Nəticədə ağır xəsarətlər alan kişi hadisə yerində ölüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью